“Bizim Market”dən növbəti fırıldaq zirvəsi - FOTO
“Bizim Market”lər şəbəkəsi müştərilərini aldatmaqda davam edir. Belə ki, sözügedən market artıq kolbasa satışında da fırıldaqlıq zirvəsinə çatıb.

“Kommersant.az” xəbər verir ki, marketdə 800 qramlıq kolbasanın üzərinə 1 kiloluq kolbasanın qiyməti vurularaq müştəridən 2 manat artıq pul alınır. Aşağıda göstərilən şəkildən də aydın olur ki, “Bizim Market” kolbasa fırıldaqçılığında zirvəyə çatıb.
Kolbasa fırıldaqçılığı bununla da bitmir. Market işçiləri kolbasa şirkətlərindən pul alaraq məhsullarının satılmasına köməklik edir. Yəni, “hansı daha məsləhətlidir” deyə sual versəniz, işçilər pul aldıqları şirkətin məhsullarını sizə tövsiyyə edəcəklər. Bununla bağlı “Bizim Market”in Babək pr-də yerləşən mağazasında baş satıcı daxil olmaqla bir neçə satıcı işdən azad edilib.
Eyni zamanda “Bizim Market”in süd və süd məhsulları alarkən də diqqətli olmanız məsləhətdir. Adətən sözügedən marketdə bu kimi məhsulların etibarlılıq müddəti keçmiş və ya müddəti uzadılmış olur.

"Legion"