Binəqədi bələdiyyəsinin yeni sədri seçilib
Binəqədi rayonu Binəqədi bələdiyyəsinin yeni sədri seçilib.

Modern.az
 xəbər verir ki, bələdiyyənin dünən keçirilən ümumi yığıncağında üzvlərin yekdil qərarı ilə Salman Umudov bələdiyyə sədri seçilib.

Buna qədər o, bələdiyyənin Yerli iqtisadi məsələlər daimi komissiyasının rəhbəri idi.

Xatırladaq ki, Binəqədi bələdiyyəsinin sabiq sədri Sitarə Cabbarlı bu yaxınlarda ailə qurması ilə  əlaqədar vəzifədən könüllü getmişdi.

"Legion"