Mobil telefonunu itirən uşağa görə bütün ölkə səfərbər oldu
Argentinada xərçəng xəstəliyindən vəfat edən anasının şəkillərinin olduğu telefonu itirən 11 yaşlı uşaq ölkəni ayağa qaldırıb.
“Qafqazinfo” xaici mediaya istinadən xəbər verir ki, Migel Retamar içərisində anasının şəkilləri və videoları olan telefonunu itirdikdən sonra sosial şəbəkədə kampaniya başladaraq ona kömək edilməsini istəyib. Nənəsi ilə banka gedərkən mobil telefonunu itirən uşaq “Taksiyə minəndə gördüm ki, üstümdə deyil.
O şəkillər və video mənə anamı xatırladır. Anamdan qalan hər şeyi itirdim” deyərək kömək istəyib. Bu çağırışdan sonra Migelin anası ilə fotosu Argentina və digər Latın Amerikası ölkələrinin media manşetinə çıxarılıb. Artıq qonşu dövlətlər də daxil olmaqla ölkəsində Migelin telefonunun axtarışlarına başlanıb.

"Legion"