“Novxanıda qazsız qalmışıq” – Şikayət
Abşeron rayonu Novxanı qəsəbəsi Salatın Əsgərova küçəsinin sakinləri qaz problemindən əziyyət çəkirlər.

Bu barədə bizimyol.info-ya qəsəbə sakini Əli Əhmədovun sözlər bildirib.

Onların sözlərinə görə, illərdir bu ərazidə yaşasalar da, ərazidə 40-dan çox ev var, ümumilikdə təxminən 100-nəfərdən çox insan yaşayır. Evlərini bütün lazımı sənədlərlə, çıxarışla təmin etsələr də, yaxınlıqdakı evlərdə qaz xətti olsa da, illərdir evlərinin qaz problemi öz həllini tapmır.

Ə.Əhmədov bildirib ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də müraciətləri cavabsız qalıb və qazla təmin olunmayıblar: “Biz 2016-cı ildə “Azəriqaz”a ərizə verdik. Dedilər ki, sizi qaz ilə təmin edəcəyik. “Azəriqaz”ın baş direktorunun əsas tikinti üzrə müavini Elman Abbasovdan bizə məktub gəldi. Məktubda yazılıb ki, Prezdentin fərmanına əsasən, 2018-ci ilədək mərhələli şəkildə qaz xətti evlərə çəkiləcək. Artıq 2018-ci ilin bitməyinə az qalıb. Yenə ərizə verdik ki, bəs bizim qazımız harada qaldı? Amma cavab yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 Mart 2018-ci ildə “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bizimyol.info-ya bildirib ki, yeni qazlaşma haqqında məlumatın alınması və xidmətin göstərilməsi üçün “ASAN Kommunal”a müraciət etsinlər: “Həmin mərkəzdə müraciətə baxılacaq və lazımi tədbirlər görüləcək”.

"Legion"