Ankara Moskva İdliblə bağlı razılaşdı
Türkiyə və Rusiya Suriyada silahlardan təmizlənmiş ərazinin sərhədlərini müəyyən edib.
Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin müavini Sergey Verşinin bu razılığın iki prezident arasında əldə edildiyini bildirib.
Onun sözlərinə görə, bu ərazinin sərhədləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin arasındakı razılıq əsasında təyin edilib.
“Silahlardan təmizlənmiş ərazinin sərhədləri müəyyən edilib” – Verşinin bildirib.
O, iki ölkə hərbçiləri arasında yaxşı münasibətlərin olduğunu da qeyd edib.

"Legion"