Direktorun uşaqları işlətməsi görüntülərini çəkən müəllim efirə çıxdı – Video
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində maraqlı anlar qeydə alınıb.
Uşaqları dərs zamanı çalışdıran direktorunun növbəti görüntüsü təqdim edilib. Belə ki, ötən həftə adıçəkilən direktora aid bir neçə görüntü tamaşaçılara təqdim edilib. Görüntülərdə uşaqların satıcı kimi işləməsi açıqlığı ilə görünür. Eldar müəllim isə görüntülərin mantaj olduğunu qeyd edib. Həm görüntünü çəkən müəllim, həm də direktor verilişdə baş verənlərə açıqlama gətirib. Ramidə xanım iddia edir ki, məktəbdə bu cür hallar tez-tez baş verir və bu birinci hall deyil.
Aparıcı Amil Xəlilin “Bu kreslo davası deyil ki?” sualı müəlliməni özündən çıxardıb. “Xeyr, mən istəyirəm ki, haqq ədalət yerini tapsın”.
Araşdırma zamanı məlum olub ki, aylar əvvəl direktorun bəzi qayda pozuntuların olub.
Bizimyol.info-nun informasiya dəstəyi olduğu verilişin maraqlı anlarını sizə təqdim edirik.
Qeyd edək ki, sosial-kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.

"Legion"