Məktəbdə dəhşətə hazırlıq:Satanistlər şagirdləri öldürüb ətini yeyəcək, qanını içəcəkdi
Məktəbdə şagirdlər dəhşətli plan hazırlayaraq onlarla uşağı öldürmək və daha sonra qanını içməyi planlaşdırıb.
Cebhe.info
 xəbər verir ki, buna hazırlıq işləri ABŞ-ın Florida şatatındakı Bartau şəhərində aparılıb. Polis planın üstünü açıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, planı hazırlayan 11 və 12 yaşlı iki qız olub. Onlar Şeytana daha yaxın olmaq üçün bu addımı atmaq qərarına gəlib. Plana əsasən, qızlar özlərindən kiçik və daha zəif şagirdləri tualetə apararaq hücum edib öldürəcək, ətini yeyib, qanını içəcəkmiş.
Şagirdlər düşünüblər ki, bu cinayətləri törətdikdən sonra intihar edəcək və günahlarına görə cəhənnəmə düşərək  Şaytana daha yaxın olacaqlar.

Qızların dəhşətli planı dərs buraxmalarından sonra açılıb. Onları hər yerə axtardıqdan sonra əllərində bir neçə bıçaq və digər avadanlıqla tapıblar.
Uşaqlar saxlanılıb və yetkinlik yaşına çatmayanlar üçün müəssisəyə göndəriliblər. Onlara qarşı ittihamların necə irəli sürülücəyinə prokuror qərar verəcək.

"Legion"