“Dərsliklərdə nöqsanlar aşkar olunanda Təhsil Nazirliyi müəllifi qabağa verir” – Ekspert
“Dərsliklərdə olan nöqsanlara görə müəllif deyil, Təhsil Nazirliyi məsuliyyət daşıyır”.
Bu barədə bizimyol.info-ya təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, dərsliklərin müəllifi hüququ Təhsil Nazirliyinə aiddir: “Təhsil Nazirliyi dərsliklərlə bağlı tender elan edir. Müəlliflərin təqdim etdiyi dərslikləri nazirliyin ekspertləri qiymətləndirilir. Qiymətləndirmə də ən yüksək bal almış dərslik orta məktəblərin istifadəsinə buraxılır”.
Ekspert bildirib ki, dəsrliklərin müəllif hüququ Təhsil Nazirliyinə məxsusdur: “Çünki dərslikləri seçən bu qurumdur. Dərsliklərdə olan nöqsanlara görə də Təhsil Nazirliyi məsuliyyət daşıyır. Nazirliyin məsul şəxsləri dərslikləri yoxlamlıdır. Nazirliyin ekspertləri peşəkar şəxslər olmalıdır ki, qüsurlu dərslikləri məktəbə buraxılmasın. Hər hansı bir dərsliyin müəllifi müəllif hüququna malik deyil. Onun sadəcə kitabın üzərində adı gedir”.
K.Əsədov deyib ki, dərslikləri alarkən nazirliyin mütəxəssisləri yoxlamalıdır və ictimai müzakirəyə təqdim edilməlidir: “Nazirliyin ekspertləri qeyri-peşəkardısa, bundan sonra da qüsurlu dərsliklər məktəblərə buraxılacaq. Nöqsanlar aşkar olunanda nazirlik müəllifi qabağa verir. Amma dərsliklərə görə müəllifi günahlandırmaq olmaz”.

"Legion"