Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki açıqlanıb
Dövlət qulluğuna qəbul üçün sentyabrın 17-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə müsahibələrin keçirilmə qrafiki tərtib edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibəyə 12 dövlət orqanında mövcud inzibati dövlət qulluğu vəzifələrinə (A və B növü) aid olan 265 vakant vəzifə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə ümumilikdə 639 namizəd qeydiyyatdan keçib. Həmin namizədlərlə 1853 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xətai rayonu regional bölməsində məsləhətçi (1 vakant yer üzrə 129 namizəd) və Binəqədi rayonu regional bölməsində məsləhətçi (1 vakant yer üzrə 114 namizəd), eyni zamanda, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində qeydə alınıb.
Müsahibələrin oktyabrın 31-də və dekabrın 6-da keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

"Legion"