Gözəllik müsabiqəsinin qalibi səhnədə huşunu itirdi – Video
“Miss Grand International” gözəllik müsabiqəsinin paraqvaylı finalçısı Klara Sosa qalib elan edildikdən sonra huşunu itirib.
"Legion"  Oxu.Az-a istinadən xəbərinə görə, onun yanında dayanan Hindistan nümayəndəsi Minakşi Çaudhari Klaranı tuta bilməyib.
Kadrlarda da görünür ki, qızlar bir-birlərinin əlindən tutaraq nəticənin elan olunmasını gözləyirlər. Aparıcı “Paraqvay” deyəndən sonra Sosa huşunu itirərək yerə yıxılır.
Bir müddət sonra Klara özünə gəlib və tacı başına qoyub.

"Legion"