WhatsApp-da daha bir yenilik
“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri, nəhayət ki, uzun müddət rəqib messencerlərdə mövcud olan stikerləri reallaşdırıb.

Messencer komandası və kənar dizaynerlərin stikerlər dəsti yaxın həftələrdə sözügedən messencerin “Android” və “iOS” tətbiqindən istifadə edənlərə tədricən əlçatan olacaq.

ICTnews bildirir ki, “WhatsApp”ın nümayəndələri hesab edirlər ki, stikerlər messencerdə öz emosiyalarını “Giphy” xidmətindən “.gif” formatlı şəkillər və ya emojilərlə ifadə edə bilməyən şəxslər üçün əlavə bir vasitə olacaq. Mesaj yazılan sətirdə stikerlərin göndərilməsi üçün yeni düymə olacaq. Həmin düyməyə sıxmaqla stikeri seçmək olar.

"Legion"