Prezident təqaüdçülərinin sayı artacaq
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin ödənilməsi xərcləri Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi üzrə nəzərdə tutulmuş təqaüdlər və sosial müavinətlər üzrə xərclərin 113283,4 min manatını və ya 17,9 faizini təşkil edəcək. Bu təyinat 2017-ci ilin icrası ilə müqayisədə 21362,7 min manat və ya 23,2 faiz, 2018-ci ilin gözlənilən icrasına nəzərən 14775 min manat və ya 15 faiz çoxdur.
Modern.az
-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.
Sənəddə göstərilib ki, bu xərclər in sayı 01.01.2017-ci ildə 57822 nəfər, 2018-ci ilin əvvəlinə 60021 nəfər (illik artım 3,8 faiz), 01.07.2018-ci il tarixə isə 62514 nəfər ( yarımillik artım 4,2 faiz) olub. 

Növbəti ildə isə 67118 nəfər olacağı proqnozlaşdırılıb. Xərclərdə nəzərdə tutulmuş artımın kontingentin sayında gözlənilən artıma və ya 2018-ci ilin mart ayından təqaüdlərin məbləğinin 10 faiz artımına uyğun olduğunu qeyd etmək olar.

Bununla belə, I qrup əlillərin sayında müşahidə edilən artım tendensiyası əlilliyin təyinatına inzibati nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu deməyə əsas verir.  Belə ki, qeyd olunan kontingentin sayı 01.01.2017-ci il tarixə 20885 nəfər, 01.01.2018-ci il tarixə 22573 nəfər (illik artım 8,1 faiz), 01.07.2018-ci il tarixə isə 24618 nəfər (yarımillik artım 9,1 faiz) təşkil edib.

"Legion"