İngiltərənin Blenheym sarayında gizli otaqlar tapılıb
Oksfordşirdə yerləşən Blenheym sarayında tədqiqat zamanı gizli otaqlar tapılıb. XVIII əsrdə saray ətrafında göllər yaradılarkən aşağı mərtəbələr suyun altında qalıb.
AZƏRTAC xəbər verir ki, otaqlar saraydakı körpünün təmiri üçün göl qurudularkən aşkarlanıb. Məlum olub ki, 30-dan çox otaq suyun altında qalıb.
Qeyd edək ki, 1705-1724-cü illərdə memar Con Vanbruh tərəfindən inşa edilmiş sarayın bu gizli otaqlarının istifadə olunub-olunmadığı haqqında heç bir dəlil yoxdur.

"Legion"