Beynəlxalq Bankın bankomatı fəaliyyətini dayandırıb
"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) Süleyman Sani Axundov küçəsi 3C ünvanında yerləşən bankomatı 1 aydan çoxdur ki, fəaliyyətini dayandırıb.

"Kommersant.az" xəbər verir ki, ABB-nin PR meneceri Yadigar Cəfərli bankomatın fəaliyyətinin nə vaxt bərpa olunacağı ilə bağlı hər hansı bir açıqlama vermir.

Qeyd edək ki, bu, qeyd olunan əraziyə yaxın trayektoriyada fəaliyyət göstərən yeganə bankomat idi.

"Legion"