AFFA hakimi döyən futbolçunu cəzalandırdı
AFFA-nın İntizam Komitəsi "Səbail-2"nin futbolçusu Murad Məmmədovu cəzalandırıb.

Modern.az PFL-in saytına istinadən xəbər verir ki, I Divizionun IX turunun "Zaqatala" ilə ev oyununun 55-ci dəqiqəsində qırmızı vərəqə alan, lakin meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərən futbolçunun bu hərəkəti  5 oyunluq cəzaya layiq görülüb.

Futbolçusu hakimi döyən "Səbail" isə 400 manat ödəməli olacaq.

"Legion"