“JEK” süpürgəçi qadının iş başında öldüyünü inkar edir, Yol Polisi isə təsdiqləyir - YENİLƏNİB
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a növbəti açıqlamasında faktı bir daha təsdiqləyib:
 

"Məlumat mən sizə səhər verdiyim kimidir. Dünyasını dəyişən qadın, Eyvazova Bəsti Dostəli qızı ərazidə təmizlik işi apararkən avtomobil vurnması nəticəsində dünyasını dəyişib".
 

***
13:00


Bu gün səhər saatlarında süpürgəçi qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alındığına dair məlumat vermişdik.
Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev Modern.az-a açıqlama verib.
R.Abdullayev bildirib ki, vəfat edən qadın 2015-ci ilə qədər Nizami rayonun Mənzil Kommunal Təsərrüfat Birliyində, daha sonra 34 nömrəli MİS-də xadimə işləyib:
“2015-ci il avqust ayında işdən çıxıb”.
R.Abdullayev qeyd edib ki, qəzada dünyasını dəyişən şəxs avtobusdan düşüb yolu keçmək istəyərkən onu maşın vurub.
Amma Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ölən qadının süpürgəçi olduğunu təsdiqləmişdi.
Sosial şəbəkədə yayılan fotolardan da qadının əynində süpürgəçilərə məxsus formanın olduğu görünür.

"Legion"