Avtobusda 40 nəfər DİRİ-DİRİ YANDI - ŞOK (FOTO)
Zimbabvedə sərnişin avtobusunda partlayış baş verib.
Publika.az xəbər verir ki, bu haqda “New Zimbabwe” portalı bildirb.
Xəbərə görə, partlayış və yanğın nəticəsində ən azı 40 nəfər həlak olub.
“Hadisə cümə günü səhər ölkənin cənubunda baş verib. Təxminən 40 nəfər həlak olub, bəziləri yaralanıb. Şübhələr var ki, sərnişinlərdən biri yanacaq daşıyırdı. Yanacağın olduğu çəndə partlayış baş verib və avtobus yanıb”, - portalın xəbərində deyilir.
Polis hadisəni təsdiq edib və yaxın vaxtlarda bəyanatla çıxış edəcək.

"Legion"