“Rüşvət alıb, bizi evsiz qoydu” – Rəsmi qruma qarşı böyük iddia - Video
“Yaxşı edib rüşvət götürmüşəm”
Minval.info xəbər verir ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişinin növbəti buraxılışı yayımlanıb. Teleaparıcı bu dəfə də maraqlı araşdırma ilə tamaşaçıların qarşısına çıxıb. Belə ki, verilişə müraciət edən Rzayevlər ailəsi dayılarının və xalalarının onlara qarşı haqsızlıq etdiklərini vurğulayıblar. Ailə bildirib ki, dayıları Rahim Sahil qəsəbəsində yerləşən 45 saylı Notariat Kontorunun rəhbəri Tofiq bəylə əlbir olaraq onların evlərini ələ keçirmək istəyir. Ev sahibəsinin sözlərinə görə, qardaşı onların xəbəri olmadan saxta ərizə və imza yazaraq adı çəkilən nataiusda təsdiqlədib.
Amil Xəlil daha sonra ailə ilə birgə həmin natariusa yollanıb. Notariat Kontorunun rəhbəri iddiaları rəd edib və bildirib ki, ailə bura özəlləşdirmə ilə bağlı ərizə ilə müraciət edib. Bu sözlərədn sonra ara qarışıb. Hər iki tərəf özündən çıxıb.
Ən maraqlı məqam isə adı hallanan dayıların biri səs-küyə sadəcə kənardan tamaşa edib.
Baş verənləri olduğu kimi sizə təqdim edirik.
Qeyd edək ki. Amil Xəlilin verilişlərində tez-tez açıq rüşvət görüntüləri və iddiaları olduğu kimi tamaşaçılara təqdim edilir.

"Legion"