Sinoptiklər xəbərdarlıq edirlər...
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 21-də gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq noyabrın 21-i axşamdan noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək. Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi bildirilir.

"Legion"