Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı
Binəqədi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Modern.az
-ın məlumatına görə, sabiq başçı Xaləddin İsgəndərovun daha bir kadrı vəzifəsindən azad olunub.
Belə ki, Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Bəybala oğlu Məmmədov noyabrın 19-da vəzifəsindən azad edilib.
Noyabrın 20-də isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Elxan Allahverdiyevin təqdimatı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən əmrə əsasən, onun yerinə Zamanov Elmin Elbəyi oğlu gətirilib.
E.Zamanov gənc kadrdır, 15 ildir ki, təsərrüfat xidmətlərində çalışıb. Bu təyinatadək  9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Ailəlidir, iki ali təhsili var.

"Legion"