FHN: Dənizdə qalan şəxslərin xilas edilməsi işinə müvafiq qüvvələr cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunun Hövsan kəndi istiqamətində sahildən təxminən 20 kilometr məsafədə dənizdə iki nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi dərhal nazirliyin aidiyyəti strukturlarını və digər dövlət qurumlarını məlumatlandırıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.
Dövlət Dəniz Administrasiyasından verilən məlumata əsasən, “Zəfər” gəmisi də qayığın olduğu əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.

"Legion"