Bolqarıstanda sürücülər benzinin qiymətinin artırılmasına etiraz edirlər
Bolqarıstanda sürücülərin kütləvi etiraz aksiyası keçirilib. Əsas səbəb kimi benzinin qiymətinin artırılması göstərilir.
AZƏRTAC xəbər verir ki, Blaqoevqrad, Plovdiv, Stara Zaqora, Pleven, Şumen, Varna şəhərlərində etirazçılar yolları bağlayıblar. Bolqarıstanın Baş naziri Boyko Borisov bildirib ki, etiraz etmək demokratiyanın prinsiplərindən biridir. Lakin yolları bağlamaq aksiyada iştirak etməyən vətəndaşlara mane törətməkdən başqa bir şey deyil.

"Legion"