Krala ərə gedən rus gözəli hicaba keçəcək - VİDEO
"Miss Moskva - 2015" müsabiqəsinin qalibi 22 yaşlı Oksana Voyevodina ərə gedib.

BAKU.WS xəbər verir ki, bu barədə “rg.ru” saytı məlumat yayıb. Verilən məlumata görə, rus gözəli Malaziya kralı Sultan Məhəmmədə ərə gedib.

Nikah mərasimi Moskva şəhərində “Barvikha Concert Hall” konsert zalında keçirilib.

“Rakyatku News” jurnalı yazır ki, Oksana Voyevodina İslam dinini qəbul edib və toydan sonra hicaba keçəcək.

Qeyd edək ki, "Miss Moskva - 2015" müsabiqəsinin qalibi 22 yaşlı Oksana Voyevodina olub.

"Legion"