“Barselona”nın oyunçusu Jerar Pike yeni futbol turniri yaratmağa hazırlaşır
“Barselona” futbol klubunun ispaniyalı müdafiəçisi Jerar Pike Fransada çıxan “L'Equipe” qəzetinə müsahibəsində bildirib ki, bir futbol komandası almağı və özünün məxsusi turnirini yaratmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Jerar Pike idman aləmində yeni biznes layihələri üzərində işləyir. Tennisdə inqilabi ideyaları həyata keçirəndən sonra Pike bu dəfə futbola diqqət yönəltməyi qərara alıb. Ona məxsus olan “Kosmos” innovasiya şirkəti bir futbol komandası alacaq və özünün turnirini yaradacaq, ya da artıq mövcud yarışlardan birinin şərikli sahibi olacaq.
Jerar Pike peşəkar idman fəaliyyəti ilə biznesi həmişə uzlaşdırıb. Bu yaxınlarda o, “Yeni Devis kuboku” yaratmaqla tennis aləmində inqilabi dəyişiklik edib. Ən say-seçmə tennisçilərin qoşulacağı bu turnirə 2019-cu ilin noyabrında Madriddə start veriləcək.

"Legion"