Macarıstan siqaret dumanı olmayan ilk ölkə ola bilər
Macarıstan hökuməti 2020-ci il yanvarın 1-dən sonra anadan olacaq ölkə vətəndaşları üçün tütün məmulatlarının alışı və istifadəsinə tam qadağa qoymaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, hökumətin bu planları barədə Baş nazirin siqaret çəkməyən şəxslərin hüquqlarının müdafiəsi üzrə komissarı Yanoş Lazar Şiofokedə tütün əleyhinə keçirilən konfransda məlumat verib. Onun sözlərinə görə, zərurət yarandığı halda Macarıstan Konstitusiyasını da dəyişmək olar. “Tütündən istifadənin tamamilə qadağan edilməsində məqsəd Macarıstanı dünyanın siqaret tüstüsü olmayan ilk ölkəsinə çevirməkdir”, -deyə komissar əlavə edib.
Y.Lazar onu da bildirib ki, parlamentə nəqliyyat vasitələrində siqaret çəkməyin qadağan edilməsi və tütünlə bağlı məsələdə mənzil-kommunal birliklərinə daha çox səlahiyyətlər verilməsi barədə təkliflər də təqdim olunacaq.

"Legion"