Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sabahdan dekabrın 2-dək ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-u axşamdan dekabrın 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək.
Bölgələrdə də noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

"Legion"