Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan SON XƏBƏR - VİDEO
Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənov 19 il azadlıqdan məhrum edilə bilər.
Publika.az xəbər verir ki, bu haqda “Gazeta.ru” saytı yazıb.
Məlumata görə, əvvəlcə istintaq güman edirdi ki, müttəhim idmançını ehtiyatsızlıq edərək vurub. Əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan Allahverənova qarşı 105-ci maddə ilə (“qəsdən adam öldürmə”) ittiham irəli sürülüb.
Hazırda cinayət işi təhqiqatlar davam edir. Dövlət ittihamçısı azərbaycanlının 19 il azadlıqdan məhrum edilməsini tələb edib.
“Müdafiə tərəfi çərşənbə axşamı və cümə axşamı öz mövqeyini təqdim edəcək”, - Draçevin ailəsinin vəkili Yevgeni Şevsova bildirib.
Allahverənovdan başqa, hadisə yerinə gələn, amma qətlin qarşısını almayan Rusiya Qvarsiyasının əməkdaşları da cəzalandırıla bilər.
Xatırladaq ki, 2017-ci il avqustun 20-də Xabarovsk şəhərində kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionu ilə dava zamanı ona öldürücü zərbələr endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.

"Legion"