Mərkəzi küçədə kişi qadının boğazından tutub təpiklədi – Video
Türkiyənin İzmir şəhərinin mərkəzi küçələrindən birində qadına qarşı zorakılıq olub.
Minval.info xəbər verir ki, qonşu ölkədə baş verən insident ciddi müzakirə mövzusuna çeverilib.
Belə ki, küçədə qadınla mübahisə edən kişi onu döyməyə başlayıb. Əvvəlcə qadının boğazından yapışan şəxs ardınca ona davamlı olaraq yumruq və təpik vurub.
Qadın ətrafdakılar ona köməyə yetişmələri üçün bağırmağa başlayıb.
İddialara görə, hadisədən sonra zorakılığa məruz qalan şəxs iki nəfər tərəfindən maşına mindirilərək ərazidən aparılıb.
Faktla bağlı araşdırılmanın aparılıb-aparılmaması məlum deyil.
Sosial şəbəkə istifadəçiləri qadını döyən kişinin cəzalanmasını tələb edirlər.

"Legion"