Rusiya hökuməti 2019-cu ildə əcnəbi işçilər üçün kvotanı 20 faiz azaldıb
Rusiya hökuməti 2019-cu ildə əcnəbi işçilər üçün kvotanı 20 faiz azaldıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedev 2019-cu ildə viza əsasında Rusiyaya gələn əcnəbi işçilərin sayının 2018-ci ildəki ilə müqayisədə azaldılaraq 144.583 nəfərə endirilməsi barədə sərəncam imzalayıb. Müvafiq qərar Rusiya Federasiyası Hökumətinin saytında dərc edilib.
Əcnəbi vətəndaşlar üçün Rusiyaya işləmək üçün gəlməyə icazələrin və dəvətlərin verilməsi barədə kvota da təqribən 20 faiz azaldılıb.

"Legion"