Universitet rektorları 5 illiyə təyin olunacaq - FƏRMAN
Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Bu müddəa Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.

"Legion"