Azərbaycanda məktəb binası belə yandı - VİDEO
Dünən Quba rayonunda güclü yanğın olub.
Publika.az xəbər verir ki, rayonun Amsarqışlaq kəndində orta məktəb binasında yanğın olub.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Köhnə tikili olan məktəb binasının yeddi sinif otağı tamamilə kül olub.
Yanğında elektrik xətlərində qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə sonuncu dərs vaxtı olub və şagirdlər dərhal təxliyə edilib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisəni əks etdirən videonu təqdim edirik.

"Legion"