Bakıda məktəbə buraxılmayan qızla bağlı YENİ XƏBƏR - İŞƏ POLİS QARIŞDI
Xəzər rayonu Qala qəsəbəsində hərbi şəhərcikdə məktəbin 14 yaşlı şagirdin dərsə gəlməsinə icazə verilmir.
Publika.az xəbər verir ki, 14 yaşlı qızı valideynləri təhsil almağa qoymur.
Bu barədə məktəbin müəllimi Röya Vəkilova sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, şagirdin dərsdən yayındırılmasına görə sinif rəhbəri ilə birlikdə sentyabrın 26-da qızın evinə gediblər.
“Valideynləri söz versə də, uşağı dərsə göndərmədi. Bu səbəbdən məktəb rəhbərliyi noyabrın 22-də Xəzər rayon polis idarəsinə müraciət edib. Bu müraciətlə bağlı Xəzər Rayon polis idarəsində araşdırma aparılır”.

"Legion"