Hindistanda uçqun altında qalan fəhlələrin axtarışları nəticə verməyib
Hindistanın Meqhalaya ştatında qanunsuz fəaliyyət göstərən kömür mədənində baş verən qəza nəticəsində uçqun altında qalan fəhlələrin axtarış-xilasetmə işləri davam edir.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, dekabrın 13-də baş verən qəzada 13 nəfər uçqun altında qalıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları və xüsusi texnika cəlb olunub. Uçqun altında qalan fəhlələrin böyük ehtimalla öldüyü güman olunur.
Bildirilir ki, 2014-cü ildə məhkəmənin qərarı ilə həmin mədəndə qazıntı və hasilat işləri qadağan edilib. Buna baxmayaraq, mədəndə kustar üsulla kömür çıxarılması davam etdirilib.

"Legion"