Bakının mərkəzindəki məşhur restoranda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏN VAR
Bakıdakı restoranlardan birində ölüm hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində yerləşən “Qədim Qəbələ” restoranında qonaq olan Gürcüstan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Abbasov Mayıl Almaz oğlu qəfil vəfat edib. O, dostları ilə yeyib-içdiyi kabinetdə özünü pis hiss edib və qapının qarşısına yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası 53 yaşlı kişinin vəfat etdiyini bildirib.
Məlumata görə, A.Abbasov Gürcüstan vətəndaşı olsa da Bakı şəhər Nəsimi rayonu Səməd Vurğun küçəsindəki evində yaşayıb və burada işləyib. Onun qan təzyiqinin yüksəlməsi nəticəsində vəfat etdiyi bildirilir.
“Qədim Qəbələ” restoranından Publika.az-a bildirilib ki, A.Abbasov onların daimi müştərisi olub: “Bu hadisədən çox məyus olduq. Dünən saat 13 radələrində 4 nəfər gəlmişdilər. Həmişəki kimi kabinetdə oturmuşdular. Saat 16 radələrində belə bir hadisə baş Verdi. Biz heç süfrəyə də toxunmamışdıq, müstəntiqlər gəlib baxdılar. Dedilər ki, qan təzyiqindən vəfat edib”.

"Legion"