Baş nazirdən QƏRAR - Arxiv sənədləri ilə bağlı qaydalar dəyişdi
“Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Modern.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinə (Milli arxiv fondunun komplektləşdirilməsi. 2.11. Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, ədliyyə, miqrasiya, fövqəladə hallar, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, habelə geodeziya və xəritəçəkmə, ekologiya və təbii sərvətlər, standartlaşdırma və metrologiya dövlət orqanlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların özündə daimi mühafizə olunur) “Azərbaycan Respublikasının” sözlərindən sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilib.

"Legion"