Kanadada güclü qasırğa 300 minə yaxın insanı elektriksiz qoyub
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətinin Louer-Meynlend, Freyzer-Velli, Sanşayn Kost rayonlarında, həmçinin Vankuver adasında 260 minə yaxın insan güclü qasırğa səbəbindən elektriksiz qalıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, elektrik təchizatı ilə məşğul olan yerli “BC Hydro” kompaniyasının məlumatına görə, indiyə qədər 240 mindən çox istifadəçinin elektrik təchizatı bərpa edilib.
Dekabrın 20-də Kanadanın Britaniya Kolumbiyası əyalətinin cənubu güclü qasırğanın təsirinə məruz qalıb. Sürəti saniyədə 30 metrə çatan külək səbəbindən bir çox aviareys ləğv olunub, bərə əlaqəsi dayandırılıb.
Təbii fəlakət nəticəsində Vankuver adasının Dunkan şəhərində bir nəfər həyatını itirib.

"Legion"