Daşkənd vilayətində üç xizəkçi qar uçqunu altında qalaraq həlak olub
Daşkənd vilayətinin Bostanlıq rayonundakı Bildirsay idman kompleksində üç xizəkçi kişi qar uçqunu altında qalaraq həlak olub.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, gənclər qadağan olunan zonaya daxil olduqdan sonra uçqun baş verib. FHN-in əməkdaşları xizəkçilərin nəşini qarın altından çıxarıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb.

"Legion"