Çində keçmiş nazir müavini ömürlük azadlıqdan məhrum edilib
Çin dövlət təhlükəsizlik nazirinin keçmiş müavini Ma Cien korrupsiya əməllərinə görə ömürlük azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Dalyan şəhər məhkəməsində sabiq məmurun işi üzrə yekun iclasda onun haqqında irəli sürülmüş ittihamlar sübut olunub. Məhkəmə ömürlük həbs cəzası ilə yanaşı, Ma Cienin bütün siyasi hüquqlardan məhrum edilməsi və şəxsi əmlakının müsadirə olunmasına qərar verib.
Qeyd edək ki, Kommunist Partiyasının intizamını pozduğu üçün Ma Cien haqqında 2015-ci ilin yanvarında təhqiqat başlanmışdı. O, növbəti ilin dekabrında partiya sıralarından və tutduğu vəzifədən uzaqlaşdırılmışdı.

"Legion"