Bakının Nobel prospekti yenidən çökür
Bakıdakı Nobel prospektində çökmə müşahidə olunur. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil:

“Hazırda ərazidə iki qrupumuz işləyir. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur.
Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir. İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bidiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır”.
A.Cəbrayıllı bildirib ki, çökmə “Azərsu” ASC-nin xətlərindəki hər hansı nasazlıqla bağlı deyil:
“Bizim mütəxəssislərimiz yoxlayıblar. "Azərsu" ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur. Əksinə, kənardan qrunt suarının bizim xətlərə, Sahil kollektoruna axıntısı müşahidə edilir. Bunun da hesabına ərazidəki torpağın boşalması halları baş verə bilər. Hazırda əməkdaşlarımız izolyasiya işləri aparırlar ki, kənar sular bizim xətlərə daxil olmasın. Ehtimal olunur ki, qrunt sularının bizim xətlərə axması nəticəsində torpaq boşalması və çökmə baş verib”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a hazırda çökmənin başvermə səbəblərinin araşdırıldığını deyib: Sızma aradan qaldırılmasa, yol bərpa oluna bilməz".

"Legion"