Türk oğlan azərbaycanlı sevgilisini vəhşicəsinə öldürdü -Əyləndikdən sonra 55 bıçaq zərbəsi vurdu
Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.
Minval.info report-a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib.
Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
15.03
Türkiyənin Burdur vilayətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.
Minval.info publika.az-a istinadən xəbər verir ki, Qənirə Cabbarova (24) sevgilisi Halil A. (24) tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülüb.
Məlumata görə, Karamanlı mahalında ötən gecə bir barda əylənən cütlük daha sonra Gölhisar mahalındakı evlərinə dönmək üçün taksiylə yola çıxıb. Yolda aralarında mübahisə yaranan sərnişinlər Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildən düşüblər. Mübahisə davaya çevrilib və nəticədə Halil. A. azərbaycanlı qadına bıçaqla 55 dəfə zərbə endirib.
Hadisənin şahidi olan taksi sürücüsü 112 təcili xidmətə zəng edərək kömək istəyib. Hadisə yerinə gələn jandarma və tibbi qruplar qadının öldüyünü müəyyən ediblər.
Taksi sürücüsü Ali. T. və Halil. A. jandarma qrupları tərəfindən saxlanılıb. Cabbarovanın meyiti isə ekspertiza üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

"Legion"