Su alarkən ehtiyatlı olun – Video
Marketlərdən plastik qablarda aldığımız sular barədə bəzən heç də xoş olmayan fikirlər səsləndirilir. Hətta iddialara görə, bəzi işbazlar adi suyu plastik qablara dolduraraq satır.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.
Ölkəmizdə hazırda 5, 10, 20 litrlik qablarda sular satılır. Belə qabların üzərində isə suların regionlarda doldurulması ilə bağlı məlumat olur. Guya bu sular Şahdağdan, Gədəbəydən və Lerikdən gətirilib.
Ekspertlərin sözlərinə görə, əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır. Amma suyu paytaxtın mərkəzində, binanın zirzəmisində qablaşdıranlara da rast gəlinir.

"Legion"