Azərbaycanda şirkət rəhbəri deputatlığa görə istefa verdi – Özəl
Azərbaycanda fəaliyyət göstərən böyük şirkətin sahibi deputatlığa namizəd olacaq.
Minval.info-nun əldə etdiyi məlumata görə, “Mətanət A”nın rəhbəri Elxan Bəşirov yaxın günlərdə vəzifəsindən uzaqlaşacaq. Onun yanvarın 15-də bütün işləri rəsmi olaraq qardaşı Fuad Bəşirova təhvil verəcəyi  söylənilir.
Belə ki, bir həftə sonra şirkətin artıq keçmiş sahibi sayılacaq Elxan Bəşirov bu yaxınlarda parlament üzvlüyünə namizədliyini irəli sürəcək. Onun məhz bu səbəbdən “Mətanət A”nın prezident postunu tərk edəcəyi bildirilir.
Qeyd edək ki, şirkətin başına keçəcək Fuad Bəşirov hazırda “Mətanət A”da vitse-prezident vəzifəsində çalışır.

"Legion"