İsraildə görünməmiş QALMAQAL – Nazir İrana casusluq edib
Qüds məhkəməsi İsrailin keçmiş energetika və infrastruktur naziri Qonen Seqevə 11 il iş kəsib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Seqev İranın xeyrinə casusluq edib. İstintaqın gedişində günahını etiraf edən eks-nazir ittihamçı tərəflə sövdələşmə imzalayaraq ömürlük həbs cəzasından qurtulub.
Məlumata görə, 2012-ci ildə Nigeriyada yaşayan Seqev İranın bu ölkədəki səfirliyi ilə əlaqə qurub. Bir neçə dəfə İrana səfər edən sabiq nazir İsrailin energetika infrastrukturu, hərbi və mülki obyektləri barədə məlumatları Tehrana ötürüb. İrana məlumatlar ötürmək üçün Qonen Seqev şifrələnmiş rabitə əlaqəsindən istifadə edib.

"Legion"