Quba-Xaçmaz yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb
Yanvarın 10-u səhər saatlarında Qubada ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində “Ford” markalı yük avtomobili “VAZ 21010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik
avtomobilində olan 2 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
Qəzada yaralanan Quba rayonu Rustov kənd sakini Seyidəhmədov Ramin Əlfəddin oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.

"Legion"