“Yeni Həyat” şirkətindən maaşlarını ala bilməyən fəhlələr haqqında AÇIQLAMA
“Yeni Həyat” MMC-nin fəhlələri etiraz edirlər.
Bu barədə fəhlələr BAKU.WS-ə şikayətlərində bildiriblər. Fəhlələr deyirlər ki, uzun müddətdir maaşlarını ala bilmirlər.
Dəfələrlə bu barədə şikayət etsələr də, onların sözlərini dinləyən olmayıb.
Rəhbərlikdən Baba adlı şəxsi tanıdıqlarını deyən fəhlələr, onunla da əlaqə yarada bilmədiklərini deyirlər.
Məsələ ilə əlaqədar “Yeni Həyat” MMC ilə əlaqə yaratdıq. Şirkətdən BAKU.WS-ə bildirdilər ki,
“Həmin fəhlələrin “Yeni Həyat” şirkətilə heç bir əlaqəsi yoxdur. Onları bizim layihələrdə işlədən podratçı təşkilatdır. Hansı ki “Yeni Həyat” olaraq şirkəti bir çox podratçı təşkilatlarla müqaviləmiz var. Etiraz edən fəhlələr də, həmin podratçı təşkilatlardan biridir. Onların bizim şirkətlə heç bir hüquqi bağlantısı yoxdur.
Bizim heç bir podraçtı təşkilatla bağladığımız müqavilələrdə problemlər yoxdur. Onların əməkhaqqı ödənməsilə bağlı da problemimiz yoxdur.
Çox güman ki, problemlə bağlı rəhbərlər səviyyəsində danışıqlar aparılacaq”, – deyə şirkətdən bildirilib.
Sonda ümid edirik ki, halal zəhmətilə çalışan fəhlələr gördükləri əziyyətin pulunu ala biləcəklər. Hələlik onlar üçün ayrılan pulun hara getdiyi məlum olmasa belə.

"Legion"