Türkiyədə ağlagəlməz hadisə: Həkimlər xəstəni əməliyyat masasında unudub getdilər

İstanbulda bir dövlət xəstəxanasında ağlagəlməz bir hadisə baş verib.


Publika.az xəbər verir ki, böyrək əməliyyatı olunmaq istəyən pasiyent əməliyyat otağında unudulub.
Məlumata görə, 34 yaşındakı Buğra Kiftir 4-5 saat əməliyyat otağında gözlədilib və nəhayət, ona həkimlərin iş saatının bitdiyi və evə getdikləri bildirilib.
“Dörd-beş saat yataraq gözlədim. Dəhşətli bir hadisədir. Orada unuduldum, mənim yerimdə yaşlı bir insan, yaxud da bir uşaq da ola bilərdi”, – o deyib.
Buğra Kiftir xəstəxanadan şikayət edəcəyini söyləyib.

"Legion"