Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda baş verən avtomobil qəzası nəticəsində erməni ölüb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Ermənistanın Vayotsdzor vilayətinin Qladzor kəndinin O.Q. adlı sakinin idarə etdiyi “Niva” markalı avtomobil Kəlbəcərdə dərəyə aşıb. Nəticədə sürücü və həmin kəndin daha 2 sakini ölüb, 1 nəfər isə ağır yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır. 

"Legion"