İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM yaradılır
Bakıda istifadəyə verilən “novostroykalar”la bağlı problem bitmək bilmir. Son vaxtlar istifadəyə verilən bu yeni yaşayış binlarında daha bir problem ortaya çıxıb. Mənzil Tikinti Korperativləri (MTK) kommunal borcları (lift, zibilpulu) ödəməyən vətəndaşların işıq, qaz və suyunu kəsirlər. Vətəndaşların kommunal borcları ödəməməyinin əsas səbəbi isə onlara ödəniş müqabilində qəbz və yaxud hər hansı sənəd verilməməsidir.

Bu özbaşınalıq Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun şəriki olduğu yaşayış binalarında daha da artıb.
Sakinlərin Modern.az-a bildiridiyinə görə, MTK-ların təhvil vermədiyi, ancaq yaşayışın olduğu binalarda vətəndaşlar abonent kimi “Azərişıq”da qeydiyyata alınmır. Yəni abonentlə “Azərişıq” arasında müqavilə olmur. Bina təhvil veriləndən sonra artıq icra hakimiyyətinin balansına daxil edildiyi zaman vətəndaş abonent olaraq qəbul edilir. Problemlər də əsasən elə bu səbəbdən yaranır.
Bəs qanun nə deyir?
İnzibati Xətalar Məcəlləsinin 279 maddəsinə əsasən, vətəndaşı qanunsuz olaraq işıqsız qoyanlar üçün cərimələr nəzərdə tutulub. Bunu edən fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər işə 2500 manatdan 3000 manatadək cərimə edilə bilər.Modern.az

"Legion"