“Kristal Abşeron”da əlbəyaxa dava – Video
Abşeron rayonunda sərxoş şəxs mühafizəçi ilə əlbəyaxa olub.
Minval.info xəbər verir ki, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinda dava hadisəsi baş verib. Belə ki, dəmiryolu stansiyasının yaxınlığında yerləşən binanın həyətinə daxil olan avtomobilin sürücüsü kompleksin mühafizəçinin tələbinə məhəl qoymayıb. Həmin şəxsə maşın taksi fəaliyyəti ilə məşğul olduğundan ona binanın həyətində maşın saxlamağa icazə verilməyib. Bu zaman sürücü mühafizəçilərə etiraz edib və onlar arasında mübahisə yaşanıb. Mübahisə sonradan münaqişəyə çevrilib, nəticədə sürücü və mühafizəçi əlbəyaxa olublar. Ətrafda olan şəxslərin müdaxiləsinin ardınca ara sakitləşib və onlar problemi öz aralarında həll edib.
Minval.info-ya hadisə şahidlərinin verdiyi məlumata görə, taksi sürücüsü sərxoş vəziyyətdə olduğundan mühafizəçini təhqir edib. Əlbəyaxa dava da məhz bundan sonra baş verib.
Dava nəticəsində komplesk daxilində nəqliyyatın hərəkətində durğunluq yaranıb.

"Legion"