Baş direktor: “Dağılan binalar keyfiyyətsiz tikilib”
"Dünən Şamaxı-İsmayıllı zonasında qeydə alınan zəlzələdən sonra fəsadlar yaranan binalatr keyfiyyətsiz tikinti materiallarından istifadə olunaraq qanunazidd formada tikilib".

Modern.az xəbər verir ki, bunu mətbuat konfransında Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

6 ballıq zəlzələnin orta güclü olduğunu vurğulayan Q.Yetirmişli qeyd edib ki,  dünən Şamaxı-İsmayıllı zonasında iki güclü təkan qeydə alınıb:

"Birinci təkan 5, ikinci təkan 6 bal olub. İkinci təkan insanları təşvişə salıb. Bu gün səhər tezdən hadisə yerində olduq, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib".

O həmçinin Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda olan stansiyasında da çatlar əmələ gəldiyini deyib.

"Legion"